AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
O, UEFA Konfrans Liqasının Liqa mərhələsində oktyabrın 23-də keçiriləcək "Şkendiya" (Şimali Makedoniya) - "Şelburn" (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda gerçəkləşəcək.