Kamerun millisinin futbolçusu Vensan Abubakarın "Neftçi"yə keçidinin baş tutmayacağı barədə ötən gün məlumat vermişik. Sport24.az 33 yaşlı hücumçunun tanınmış klublarda aldığı məvacibi və "ağ-qaralar"ın ona təklif etdiyi məbləği araşdırıb.

Təcrübəli forvard son olaraq Türkiyə təmsilçisi "Hatayspor"un formasını geyinib. Onun illik maaşı 2,5 milyon avro (aylıq 192 min avro) olub.

Abubakar 2023/2024 mövsümündə "Beşiktaş"a ikinci dəfə qayıdanda illik 4,17 milyon avroya (aylıq 320 min avro) oynayıb. O, 2022-ci ildə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında illik 6 milyon avro maaş alıb. Forvard 2021-ci ildə "Beşiktaş"da 1,75 milyon avro məvacib alıb. Hücumçu 2018-2020-ci illərdə Portualiyanın "Porto" klubunda 2,12 milyon avro, 2017-ci ildə "Beşiktaş"da icarədə çıxış edərkən 1,8 milyon avro maaşa razılaşıb. Kamerunlu oyunçu az məvacibi karyersının ilk illərində alıb. Hücumçu 2014-cü ildə "Lorient"də illik 552 min avro, 2015-ci ildə "Porto"da 661 min avro, 2016-cı ildə "Porto"da 1,5 milyo avro əldə edib.

"Neftçi" isə Abubakara 1+1 illik müqavilə ilə 500-600 min avro maaş verə biləcəyini deyib. Lakin hücumçu ən azı 1 milyon avroya razılaşa biləcəyini söyləyib.