Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının təqvimi açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Oktyabrın 17-də startı veriləcək və üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.

 

Qeyd edək ki, turnirin bütün oyunları "Bayıl Arena"da keçiriləcək.

 

17 oktyabr

13:00. Azərbaycan – Belçika

15:00. İsrail – Ukrayna

17:00. Niderland – Belçika

 

18 oktyabr

11:00. Ukrayna – Niderland

13:00. Azərbaycan – İsrail

15:00. Ukrayna – Belçika

17:00. İsrail – Niderland

 

19 oktyabr

11:00. Azərbaycan – Niderland

15:00. Belçika – İsrail

17:00. Azərbaycan - Ukrayna