Tanınmış futbol adamı Patrik Klyuvert İndoneziya millisinin baş məşqçisi vəzifəsindən ayrılıb. Sport24.az xəbər verir ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Niderlandlı mütəxəssis 2025-ci il fevral ayından İndoneziya yığmasını çalışdırırdı. 

 

İndoneziya millisi DÇ-2026-nın final mərhələsinə çıxmaq şansını itirdiyi üçün federasiya onunla yola davam etmək istəməyib.