FİFA nümayəndəsi ABŞ prezidenti Donald Trampın 2026-cı il dünya çempionatının oyunlarının Bostondan başqa şəhərə köçürülməsi ehtimalı ilə bağlı açıqlamasına münasibət bildirib. Sport24.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb:

 

"Ümid edirik ki, 16 ev sahibi şəhərin hər biri turniri uğurla keçirməyə hazır olacaq və bütün lazımi tələblərə cavab verəcək. Təhlükəsizlik bütün dünyada FİFA tədbirlərinin əsas prioritetləridir.

Aydındır ki, təhlükəsizliyə turnirə ev sahibliyi edən ölkə məsuliyyət daşıyır. İctimai təhlükəsizliyə görə nəyin ən yaxşı olduğuna qərar verənlər onlardır".

 

Qeyd edək ki, Tramp daha əvvəl Boston meri Mişel Vuya bildirmişdi ki, şəhərdəki iğtişaşlar səbəbindən oyunları başqa şəhərə keçirə bilər.