Opta superkompüteri Avropanın nüfuzlu turnirinin 3-cü turunun bütün oyunları başa çatdıqdan sonra UEFA Çempionlar Liqasının favoritini müəyyən edib. Sport24.az xəbər verir ki, superkompüter "Arsenal"ın qalib gəlmə şansını 21,13 faiz dəyərləndirib. PSJ-nin şansı 14,03 faiz, "Liverpul"da isə bu göstərici 12,31 faiz təşkil edib.
Çempionlar Liqasının son qalibi PSJ-dir. 2026-cı ildə turnirin həlledici matçı mayın 30-da Budapeştdəki "Puşkas Arena"da keçiriləcək.
Qeyd edək ki, III turdan sonra PSJ turnir cədvəlinə başçılıq edir. İlk "üçlük"də "Bavariya" və "İnter" qərarlaşıb. Hər 3 komandanın aktivində 9 xal var.