Bu gün kişi voleybolçulardan ibarət "Azərreyl" komandası Çempionlar Liqasında növbəti matçına çıxacaq. Sport24.az xəbər verir ki, təmsilçimiz təsnifat mərhələsinin I turunda Serbiyada "Radniçki"nin qonağı olacaq.

 

Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, "Azərreyl" turu keçəcəyi təqdirdə "TSV Raiffeisen Hartberq" (Avstriya) - "AKAA Volley" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Komanda mərhələni keçə bilməsə, CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.