Bu gün FIBA Avropa Kubokunun əsas mərhələsində ölkəmizi təmsil edən iki komanda qarşılaşacaq. Sport24.az xəbər verir ki, I qrupda yer alan "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında keçiriləcək görüşün start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, "Abşeron Lions" qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi "Trefl"ə (96:99) və Estoniyanın "Kalev" komandasına (85:93) məğlub olub. "Neftçi" isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna isə (63:92) yenilib.