"Qızıl top"un səkkizqat qalibi Lionel Messi karyerası boyunca ona ilham verən idmançıların adlarını çəkib. Sport24.az xəbər verir ki, argentinalı ulduz bu barədə "NBC News"a verdiyi müsahibədə danışıb:
"Argentinalılar üçün Maradona həmişə ən böyük büt olub. Onun bizim üçün nə qədər əhəmiyyətli olduğunu bütün dünya bilir. Kiçik yaşlarımda əfasanənin oyunlarını canlı izləmişəm.
Digər idman növlərinə gəldikdə isə, eyni sözləri Maykl Cordan haqqında da deyə bilərəm. Həmçinin Rocer Federer, Rafael Nadal və Novak Cokoviç kimi tennisçilərə də çox heyranam. Düşünürəm ki, hər üçü tennisi əvvəlkindən daha ciddi edib.
Əminəm ki, bir çox idmançını unutmuşam. Amma daha bir neçəsinin adını çəkməli olsaydım, basketbolçuları qeyd edərdim: Lebron Ceyms və Stef Kerri. Onlar da ən yaxşılar arasında yer almağa layiqdir. Bunlar mənim çox heyran olduğum oyunçulardır və düşünürəm ki, onlar bu idman növünə çox şey veriblər".