Bu gün "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirəcək. Sport24.az xəbər verir ki, Naxçıvan təmsilçisi Rumıniyanın "Yunayted Qalati" klubu ilə üz-üzə gələcək.

 

VII qrupun matçı Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

 

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun "Differdanje 03", noyabrın 1-də isə Niderlandın "Tigers Roermond" komandalarına qarşı keçirəcək.