Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma bu dəfə Tacikistanı 3:0 (25:5, 25:11, 25:9) hesabı ilə məğlub edib.

 

Yığma ilk oyunda İranı məyus edib -3:0 (25:11, 25:16, 26:24).

 

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.