İtaliyalı mütəxəssis Daniele De Rossi "Cenoa"nın yeni baş məşqçisi olub. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
42 yaşlı mütəxəssisin əvvəlki iş yeri "Roma" olub.
Qeyd edək ki, "Cenoa" hazırda A seriyasında 10 oyundan 6 xalla turnir cədvəlində 18-ci yerdədir. Zirvədə isə 22 xalla "napoli" qərarlaşıb.