"Neftçi"nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində Polşa təmsilçisi "Trefl"lə oyunda layiqli qələbə qazanıb. Sport24.az xəbər verir ki, bu barədə "Report"a paytaxt təmsilçisinin üzvü Toni Perkoviç açıqlama verib.
O, 92:87 hesabı ilə qalib gəldikləri qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Bu, bizim üçün çox vacib qələbə idi. Matç ağır keçdi, amma azarkeşlərimizin dəstəyi ilə qalib gəlməyi bacardıq".
Oyunçu bu rəqibə səfərdə uduzduqları (63:92) ilk görüş haqqında da danışıb:
"Matçlar arasında fərq ondadır ki, bu qarşılaşmaya daha diqqətli, konsentrasiyalı başladıq və xal fərqinin yaranmasına imkan vermədik. Ağıllı oynadıq və sonda layiq olduğumuz qələbəni qazandıq. Motivasiyamızı heç vaxt itirmirik, amma bu qələbə bizdə növbəti oyunlar üçün daha böyük inam yaratdı".
Qeyd edək ki, "Neftçi" I qrupunda 7 xalla ikinci pillədə qərarlaşıb.