"İnter"in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Liverpul" italiyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Qırmızılar" 26 yaşlı mərkəz müdafiəçisi üçün 100 milyon avroluq təklif göndərməyi plaanlaşdırır. Keçid baş tutsa, bu, tarixin ən bahalı müdafiəçi transferi olacaq. Bundan əvvəlki rekord "Leypziq"dən "Mançester Siti"yə 90 milyon avroya ttransfer olan Yoşko Qvardiola məxsusdur.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Alessandro Bastoni bu mövsüm "İnter"in heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Milan klubu ilə müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimidir.