Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ikinci matçında məğlub olub. Sport24.az xəbər verir ki, yığma A qrupunun növbəti qarşılaşmasında Özbəkistan ilə üz-üzə gəlib.

 

Görüş yığmamızın 2:13 hesablı məğlubiyyəti ilə bitib.

 

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk görüşdə Liviya millisini 5:4 hesabı ilə məğlub edib.