Futzal üzrə Azərbaycan millisində növbəti təyinat olub. Sport24.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Fərid Ələkbərov millinin baş məşqçisi Yevgeni Kuksviçin köməkçisi təyin olunub.
Müxtəlif illərdə "Fener", "Neftçi" İK, EKOL, "Baku Fire", "Araz-Naxçıvan" klublarının, həmçinin millinin formasını geyinən 40 yaşlı Ələkbərov Azərbaycan çempionu və kubokunun qalibi olub.