Futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq matçı keçirəcək. Sport24.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, görüşlər aprelin 9 və 11-də baş tutacaq.