Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Sport24.az xəbər verir ki, "Barselona" "Atletiko"nun qonağı olub. Tərəflər arasındakı ilk oyunda madridlilər 0:2 hesabı ilə qalib gəlsələr də, bu dəfə katalonlar paytaxt klubundan 2:1 hesabı ilə üstün olub.
Lakin bu qələbə növbəti mərhələyə adlamaq üçün kifayət etməyib.
Digər görüşdə "Liverpul" PSJ-ni qəbul edib. İlk oyunu 2:0 hesablı qələbə ilə başa vuran parislilər bu dəfə də eyni hesabla qalib gəliblər – 0:2.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
14 aprel
23:00 Atletiko – Barselona 1:2
İlk oyun 2:0
Qol: L. Yamal, 4, F. Torres, 24 – A. Lukman, 31
23:00 Liverpul – PSJ 0:2
İlk oyun 0:2
Qol: O. Dembele, 72, 90+1