"Barselona" Çempionlar Liqasının 1/4 finalının "Atletiko" ilə ilk matçının hakimi İştvan Kovaçdan UEFA-ya şikayət etmişdi. Sport24.az xəbər verir ki, qurumun İntizam Komitəsi kataloniyalıların şikayətini rədd edib.

 

UEFA-nın açıqlamasında bunlar qeyd olunub:

 

"Barselona"nın ötən həftə "Atletiko" ilə oyundan sonra hakimə qarşı etdiyi şikayət qəbuledilməzdir".

 

Daha öncə İspaniya mətbuatı referinin bu mövsüm bir daha Çempionlar Liqasına təyinat almayacağını xəbər vermişdi.

 

"Barselona" – "Atletiko" matçında (0:2) meydan sahiblərinin müdafiəçisi Pau Kubarsi qırmızı vərəqə alıb. Klub bundan və ikinci hissədə rəqib futbolçu Mark Pubillin cərimə meydançasında əllə oynadığını, ancaq hakimin penalti təyin etmədiyini bildirmişdi.

 

Komandalar arasındakı cavab oyunu bu gün, saat 23:00-da olacaq.