Azərbaycan II liqasında 22-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçirilib.
"Xankəndi" evdə "Dinamo"ya 3:1 hesabı ilə qalib gəlib. "Qaradağ Lökbatan" öz meydanında "Quba"nı böyük hesabla məğlub edib – 5:1. "Şəki Siti" isə qonaq "Ağstafa Gəncləri"nə 1:4 hesabı ilə məğlub olub.
14 aprel (çərşənbə axşamı)
13:00. "Xankəndi" – "Dinamo" – 3:1
Qollar: Elvin Nəsibov, 7, 67; Emin Quliyev, 71-pen. // Valeh Seyidov, 34
Palms Sports FM (IV meydança)
16:00. "Qaradağ Lökbatan" – "Quba" – 5:1
Qollar: R.Quliyev, 43, 45, T.Axverdiyev, 55, S.Allahquliyev, 62, V.Hüseynov, 85 // B.Köçərli, 74
Lökbatan OİK stadionu
16:00. "Şəki Siti" – "Ağstafa Gəncləri" – 1:4
Qollar: R.İbrahimov, 8 // R.Süleymanov, 3, E.Hüseynov, 50, İ.Allahverdiyev, 66, E.Hüseynov, 72
Zaqatala OİK stadionu