Misli Premyer Liqasının 27-ci turunda "Qarabağ"la qolsuz heç-heçə edən "Şamaxı" ciddi itki ilə üzləşib. Bu barədə Sport24.az-a bölgə təmsilçisindən məlumat verilib. 

 

Komandanın əsas qapıçısı Rikardo Fernandes cəzalı duruma düşüb. Buna 31 yaşlı qolkiperin matçın 89-cu dəqiqəsində sarı vərəqə alması səbəb olub. Portuqaliyalı oyunçu oyunun bərpasının ləngidilməsinə görə xəbərdarlıq almışdı. 

 

Cari mövsüm dördüncü dəfə sarı vərəqə görən Fernandes 28-ci turda səfərdə "Karvan-Yevlax"la oyunu buraxmalı olacaq. 

 

Təcrübəli oyunçu cari mövsüm Misli Premyer Liqasının bütün turlarında start heyətində meydana çıxıb və heç birində əvəzlənməyib. 

 

Qeyd edək ki, "Karvan-Yevlax" - "Şamaxı" matçı aprelin 18-də keçiriləcək.