II Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Qaradağ Lökbatan" futbol klubunun üzvü Emil Quluzadə mükafatlandırılıb. Sport24.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı XXII turun "Qaradağ Lökbatan" - "Quba" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.