"Fənərbaxça"nın prezidenti Sadettin Saran çempion olacağı təqdirdə komandaya böyük mükafat vəd edib. Sport24.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhənginin rəhbəri qarşıdakı 5 görüşdə qazanılsa kollektivə 10 milyon avro bonus verəcək. Saran həmçinin, futbolçuların bu günə qədər olaan bütün maaşlarını ödəyib.
Qeyd edək ki, 29 turdan sonra 66 xal toplayan "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider "Qalatasaray"ın isə 68 xalı var. Əzəli rəqiblər ayın 26-də üz-üzə gələcəklər.