"Hoffenhaym" mövsümün sonunda müqaviləsi başa çatan Ozan Kabakla bağlı qərar verib. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisi türkiyəli futbolçunun müqaviləsinin müddətini uzadıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

26 yaşlı mərkəz müdafiəçisi ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.


Qeyd edək ki, "Hoffenhaym" Ozan Kabakı 2022-ci ilin yayında "Şalke"dən 7 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "mavi-ağlar"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol vurub.