"Bavariya"nın qapıçısı Manuel Noyerin adı İngiltərə klubları ilə hallanır. Sport24.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Xəbərdə Premyer Liqadan bir neçə klubun alman qolkiperlə maraqlandığı bildirilib.
Noyer "Bavariya"dan ayrılmayacaq. O, karyerasını bu klubda bitirmək niyyətindədir.
41 yaşlı qapıçının Münhen təmsilçisi ilə müqaviləsi yayda başa çatır.