"Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda Braziliya mətbuatına açıqlama verib. Sport24.az xəbər verir ki, o, "atlılar"da keçirdiyi illəri xatırlayıb:
"Uşaq olanda atama Çempionlar Liqasında oynamaq istədiyimi deyirdim. Allaha şükür ki, buna "Qarabağ"la nail oldum. Səkkiz il pley-off mərhələsində mübarizə apardıqdan sonra qrup mərhələsinə vəsiqə qazanmaq əməyimin bəhrəsi idi. "Stamford Bridge" və "Olimpico" kimi stadionlarda oynamaq möhtəşəm hissdir.
Həm meydanda, həm də ondan kənarda lider olmuşam. Oynamadığım vaxtlarda belə, paltardəyişmə otağında komanda yoldaşlarımı dəstəkləmişəm".
Almeyda 2012-2019 və 2021-2025-ci illərdə "Qarabağ"ın formasını geyinib.