19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib. Sport24.az xəbər verir ki, Həbib Ağayevin yetirmələri Çexiya ilə qarşılaşıb.

 

Xorvatiyanın Luçko şəhərindəki keçirilən görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

  U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.

 

Qeyd edək ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.