Azərbaycan II Liqasında çıxış edən "Şirvan"nın futbolçusu Qərib İbrahimov 4 oyunluq cəzalandırılıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Buna futbolçunun VII turda "Quba" ilə matçın 5-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
Qeyd edək ki, İbrahimovun hərəkətinə görə, klub da 1000 manat cərimələnib.