Qadın voleybolçulardan ibarət Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi millimiz üçüncü matçında Türkiyə yığmasına 0:3 hesabı ilə uduzub.

 

Millimiz daha əvvəl İran və Tacikistan yığmalarını 3:0 hesabı ilə məğlub etmişdi.

 

Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı keçirəcək.