Qadın voleybolçular arasında Yüksək Liqanın III turunun qarşılaşmalarının keçiriləcəyi tarixlər müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

 

Bildirilib ki, oyunlar 19, 20 və 21 noyabr tarixlərində baş tutacaq.

 

Bu turda "Gənclər" komandası istirahət edəcək. "Milli Aviasiya Akademiyası" - "Abşeron" oyununun keçiriləcəyi yer və vaxt barədə əlavə məlumat veriləcək.

 

Yüksək Liqa (qadınlar)
III tur
19 noyabr

17:00. "UNEC" – "Azərreyl"
UNEC VK-nın idman zalı

20 noyabr
16:00. "DH Volley" – "Murov Az Terminal"
AVF-nin idman zalı

21 noyabr
18:00. "Gəncə" – "Turan"
Gəncə İdman Sarayı