Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsində 1/4 final mərhələsinin cavab görüşləri keçirilib. Sport24.az xəbər verir ki, Teymur Rəcəbov da bu raundda cavab görüşlərini keçirib.
İlk gündə Niderland təmsilçisi Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən 34 yaşlı qrossmeysterimiz bu dəfə görüşlərinin hamısını heç-heçə ilə başa vurub.
Bununla da 2:2 hesablı heç-heçəyə nail olan Rəcəbov ilk oyun günündəki qələbə sayəsində yarımfinala adlayıb.