Azərbaycan şahmat millisinin liderlərindən olan Teymur Rəcəbovla Rusiya alq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakovanın nikah mərasimi baş tutub. Sport24.az xəbər verir ki, bu barədə Teymur şəxsi "İnstagram" səhifəsində “I Love You!” (Səni sevirəm) yazaraq paylaşım edib.
Tanınmışlar cütlüyü təbrik edib, xoşbəxtlik arzulayıblar.
Xatırladaq ki, Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir qız övladı var. Elnarı SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.