Azər Mirzəyev Çexiyada şahmat festivalının qalibi olub. Sport24.az xəbər verir ki, Çexiyanın Marianske-Lazne şəhərində keçirilən “Marienbad Open 2022” şahmat festivalında təmsilçimiz Azər Mirzəyev uğurla çıxış edib.

Belə kİ. Azərbaycan qrossmeysteri 9 turdan 6,5 xal toplayaraq 1-ci yeri tutub.

Bu, şahmatçımızın son 1 ayda 3-cü qələbəsidi. Belə ki, Mirzəyev bunadək Macarıstanın paytaxtı Budapeştdə, keçirilən iki beynəlxalq turnirin də qalibi olub.