Qusarda 16 yaşadək şahmatçılar arasında Ümumrespublika Olimpiadası davam edir. Sport24.az-ın təmsilçilərinin də qatıldığı yarışda bu gün 4-cü turun oyunları keçirilib.

 

Cari turda A (11-16 yaş arası) və B (10 yaş və daha kiçik) qruplarında mübarizə qparan şahmatçılarımız 9 mümkün xaldan 5,5-ni toplamağa müvəffəq olub. 

A qrupu

İlham Bağırzadə - Nahidə Rzayeva 1:0
Ayan Hüseynli - Mikayıl Qasımov 1:0
Həsən Eyvazov - Onur Həsənli 1:0
Ziya Həsənli - Cavid Əliyev 1:0
Kənan Səlimli - Həsən Əliyev 0-1
Anar Rəhmanov - Rəhman Qarayev 0:1
Leyla Cəfərova - Cəmil Bağırzadə 1:0
Əmir Kələntərov - Tuncay Məmmədli 0,5:0,5

B qrupu

Cəlil Hüseynli - Məhəmməd Mirzəliyev 0:1

 

4 turdan sonra:

A qrupu

Rəhman Qarayev, İlham Bağırzadə - hərəyə 3 xal;

Tuncay Məmmədli - 2,5 xal

Cəlil Bağırzadə, Mikayıl Qasımov, Onur Həsənli, Ziya Həsənli - hərəyə 2 xal;

Həsən Əliyev - 1 xal.

B qrupu

Məhəmməd Mirzəliyev - 3 xal.