Qusar Olimpiya Kompleksində 16 yaşadək uşaqlar arasında Ümumrespublika Şahmat Olimpiadası davam edir. Sport24.az xəbər verir ki, bu gün 2 və 3-cü turun partiyaları baş tutub.
Komandamızın sıralaında olan 9 şahmatçıdan hər biri sözügüdən turlarda hərəyə 1 qələbə qazanmaqla yanaşı, 1 mağlubiyyət acısı da dadıb.
Sabah ölkədaxili ən böyük yarışın 4-cü turunun partiyaları baş tutacaq.
Qeyd edək ki, 11 turu əhatə edəcək Şahmat Olmipiadasına avqustun 11-də yekun vurulacaq.