Bu gün Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin xatirə turnirinə start veriləcək. Sport24.az xəbər verir ki, iki gün davam edəcək ənənəvi yarışda sərbəst güləş üzrə millimizin üzvləri iştirak edəcək.
Turnirdə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında 14 güləşçi mübarizə aparacaq