Bu gün Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gələn 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Mostar şəhərindəki eyniadlı oteldə məskunlaşıb.

Sport24.az xəbər verir ki, komanda yol yorğunluğuna baxmayaraq, bu gün matçların keçiriləcəyi Şiroki Briyeq şəhərindəki “Pecara” idman zalında ilk məşqinə çıxıb.

Baş məşqçi əvəzi İlqar Aslanovun rəhbərliyi altında baş tutan məşq 1 saata yaxın davam edib.