Bu gün Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Muxtar Respublikanın dövlət qurumlarının əməkdaşlarından təşkil olunmuş komandalar arasında "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, AFFA, MR Gənclər və İdman Nazirliyi, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkil etdiyi yarışda 17 komanda gücünü sınayacaq.

 

Oyunlar mayın 10-dan 14-dək İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək. Yarışı AFFA Hakimlər Komitəsi tərəfindən təyin olunacaq Naxçıvandan olan futzal referiləri idarə edəcəklər. Sonda qalib və mükafatçılara AFFA, MR GİN, AFF və NFF tərəfindən kubok, medallar və diplomlar təqdim olunacaq.