"Barselona"nın hücumçusu Noa Darvix "Ştutqart"a keçib. Sport24.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Noanın müqaviləsi 2029-cu ilin yayına kimi qüvvədədir.
Hücumçu klub saytına açıqlamasında "Ştutqart"a keçdiyinə görə xoşbəxt olduğunu vurğulayıb.
Qeyd edək ki, Darvix gənclərdən ibarət Almaniya millisinin də formasını geyinir.