Futzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimindən öncə yer aldığı səbət müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Son çempion "Araz-Naxçıvan" 5-ci səbətdə yer alacaq. Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda mübarizəyə ilkin mərhələdən başlayacaq.
Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Kosovo və Serbiya, Azərbaycan və Ermənistan, Belarus və Ukrayna təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.
Səbət 1: Ev sahibləri
"Buba Mara" (Bosniya və Herseqovina), qrupunda 1-ci
"Forka" (Şimali Makedoniya), qrupunda 2-ci
AEK (Yunanıstan), qrupunda 2-ci
"Boraş" AİK (İsveç), qrupunda 2-ci
"Ljuti" (Avstriya), qrupunda 2-ci
"Levski" (Bolqarıstan), qrupunda 3-cü
"Klik" (Moldova), qrupunda 3-cü
"Vllajniya" (Albaniya), qrupunda 3-cü
Səbət 2: qrupunda 4-cü (reytinq 48-55)
"Bolton" (İngiltərə)
"Murata" (San Marino)
"Kardiff" (Uels)
"Sparta" (Şimali İrlandiya)
"İsbyörninn" (İslandiya)
"Avropa" (Cəbəllütariq)
"Makkabi" (Netanya, İsrail)
"Vangölü" (Türkiyə)
Səbət 3: qrupunda 3-cü (reytinq 40-47)
"Tallin" (Estoniya)
CİU (Gürcüstan)
PYF (Şotlandiya)
"Syarmtrollan" (Norveç)
"Enkamp" (Andorra)
Səbət 4: qrupunda 2-ci (32-39)
AEL (Limassol, Kipr)
"Blue Magic" (İrlandiya)
"Bayo" (Monteneqro)
"Veilimdorf" (Almaniya)
Səbət 5: qrupunda 1-ci (24-31)
"Vrhnika" (Sloveniya)
"Araz-Naxçıvan (Azərbaycan)
"Tigers" (Niderland)
"Yerevan" (Ermənistan)
"Viten" (Belarus)
"Veszprem" (Macarıstan)
"Hjorring" (Danimarka)
Qeyd edək ki, cari mövsümdə 52 federasiyanı təmsil edən 56 komanda mübarizə aparacaq.