Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası daha bir yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Belarus yığması ilə ikinci görüşünə çıxıb.

 

İlk qarşılaşmada böyük hesabla (0:3) məğlub olan yığmamız bu dəfə də meydanı məyus tərk edib. Meydan sahibləri Minskdə keçirilən ikinci yoxlama görüşündə 2 cavabsız qolla qalib gəlib.

 

Yoxlama oyunu
1 iyul
Belarus – Azərbaycan - 2:0
Qollar: 
Anastasiya Linnik, 49. Anastasiya Şlapakova, 67
Baş hakim: Vera Opeykina (Rusiya)
Minsk, "Traktor" stadionu