Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə ev maçtının hakimləri açıqlanıb. Sport24.az xəbər verir ki, UEFA qarşılaşmanı italiyalı Culio Kolombinin idarə edəcəyini açıqlayıb.

Ona San Marinodan Daniele Dadamo köməklik göstərəcək. Martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan - Moldava görüşü saat 19:00-da başlayacaq.

Xatırladaq ki, Jose Alesionun baş məşqçi olduğu millimiz iki oyundan sonra 6 xalla, Slovakiya və Yunanıstann yığmalarının da yer aldığı 3-cü qrupun lideridir.