"Araz-Naxçıvan" iki futzalçının transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, ölkənin dətişməz çempionu rusiyalı Roman Adamov və braziliyalı Mateus Lustosanı "rənglərinə bağlayıb".
Hər iki futzalçı ilə "5 ay+1 illik" müqavilə imzalanıb. Adamovun son klubu "Volqa" olub. Mateus Lustosa isə Braziliya təmsilçisi "Marekko"dan gəlib.
Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda Yüksək Liqanın turnir cədvəlində 16 xalla 6 komanda arasında üçüncü pillədədir.