Sabiq Formula 1 pilotu Mark Uebber 7 qat dünya çempionu Lüis Hemiltonun mövsümün sonunda “Mersedes”dən ayrıla biləcəyi ilə bağlı şayiələr haqda danışıb. Sport24.az xəbər verir ki, almanların öz pilotunu saxlaması üçün çox əziyyət çəkəcəyini proqnozlaşdırıb: “Təbii ki, indiki məqamda “Mersedes”in titul qazanacağından danışmağa dəyməz. Hərçənd Lüis qalib pilotdur və o hələ də uğur qazanmaq iqtidarındadır. Hemilton çox motivasiyalıdır, amma onu da yaxşı bilir ki, boliddən çox şey asılıdır. Mövsümün sonunda hansı qərarı qəbul edəcək? Məncə, addım atmazdan əvvəl çox yaxşı məsləhətlərə qulaq asacaq. Lüisin tələsik qərar qəbul edəcəyini düşünmürəm. Amma “Mersedes” Hemiltonu saxlamaq üçün çox əziyyət çəkməli olacaq”.

Xatırladaq ki, Hemilton ötən il çempionatı 6-cı yerdə başa vurmuşdu. O, yeni mövsümdə Bəhreyndə keçirilən ilk Qran-pridə 5-ci pilıəni tutub.