İspaniyalı futbolçu Lukas Vaskes yayda "Real"ı tərk edəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

33 yaşlı futbolçu ilə müddəti iyunun sonunda bitən müqavilə yenilənməyəcək.

 

Vaskes 2015-ci ildən "Real"da çıxış edir. O, bu mövsüm 48 oyunda 2 qol vurub, 7 məhsuldar ötürmə edib.