Formula 1-də yeni mövsümün ilk Qran-prisində də “Red Bull” pilotları uğur qazandı. Sport24.az xəbər verir ki, ilk yarışın nəticələrinə əsasən, Avstriya komandasının sona qədər üstünlüyünü qoruyacağını proqnozlaşdırmaq olar.

"Mersedes” komandasının britaniyalı pilotu Corc Rassell bunu nəinki proqnozlaşdırır, hətta iddia da edir: “Red Bull” artıq bu çempionatı özəlləşdirib. Bu mövsüm hansısa komandanın onlarla mübarizə apara biləcəyini düşünmürəm. Fikrimcə, “Red Bull” qarşıdakı bütün Qran-priləri qazanacaq. Deyərdim ki, bu komanda hətta bütün kartlarını açmır. Yarışlarda istədiklərini edə bilirlər. “Red Bull” bəlkə təsnifat mərhələsində bütün poul-pozişnləri qazanmaya bilər. Çünki bu mənada “Ferrari” daha güclüdü. Amma iş yarışa gələndə “Red Bull”in qarşısında dayanan tapılmayacaq”.