“Mersedes” pilotu Corc Rassel yeni mövsümdən əvvəl komandasının şanslarını dəyərləndirib. Sport24.az xəbər verir ki, indiki məqamda liderlik uğrunda mübarizə apara bilməyəcəklərini söyləyib: “Təbii ki, testlərdə göstərdiyimiz nəticələrdən razı qala bilərik. Hər halda, göstəricilər ürəkaçandır. Amma təsnifat və həlledici mərhələlərdə iştirak etməyənə qədər əsl gücümüzdən xəbərdar ola bilmərik. Fikrimcə, Bəhreyn Qran-prisində “Red Bull” uğur qazanacaq. İkinci yer uğrunda isə “Ferrari” ilə “Aston Martin” mübarizə aparacaq”.

Xatırladaq ki, sabah Formula 1 üzrə dünya çempionatında mövsümün ilk təsnifat mərhələsi start götürəcək. Bəhreyndəki Qran-prininin final mərhələsi isə bazar günü keçiriləcək.