Sabiq Formula 1 pilotu Felipe Massa Lüis Hemiltonun Mixael Şumaxeri geridə qoyub 8 qat dünya çempionu olacağına inanmır. Sport24.az xəbər verir ki, onun fikrincə, indiki vəziyyətdə böyük britaniyalı pilot bunu bacarmayacaq: “Hemilton nə indi, nə də gələcəkdə 8-ci dəfə dünya çempionu ola biləcək. Ən azı bu mövsüm və bu bolidlə bunu bacarmaq mümkünsüzdü. “Mersedes”in yarış avtomobili çox bərbaddı. Lüisin belə vəziyyətdə titul uğrunda mübarizə aparmaq şansı yoxdu. Doğrudur, Hemilton öz məharətini göstərə bilər, amma ləng bolid onun planlarını həyata keçirməyə imkan verməyəcək”.