Formula 1 üzrə dünya çempionatında son 2 mövsümün qalibi olan Maks Ferstappen Lüis Hemiltonla münasibətlərindən danışıb. Sport24.az xəbər verir ki  “Red Bull”un üzvü rəqibini tarixin ən dahi pilotlarından biri adlandırıb: “Aramızda münasibətlərin gərgin olmasını düşünmürəm. Sadəcə, bəzi pilotlarla daha yaxınam deyə ona görə də kənardan sanki aramızda soyuq münasibət olduğu düşünülür. Bəlkə də bu,  fərqli həyat tərzi yaşamağımızla əlaqəlidir. Bəli, 2021-ci ildə aramızda ciddi rəqabıt yaşanmışdı. Amma biz bir-birimizə çox hörmət edirik. Hemilton tarixin ən dahi pilotlarından biridir. Bunu danmaq mümkün deyil. Lüis uzun illər öz səviyyəsini qoruyur”.