“Mersedes” martın 5-də start götürəcək Formula 1 üzrə dünya çempionatında favorit komandalardan biri sayılsa da, komandanın aparıcı üzvü Lüis Hemilton uğur qazanacaqlarına inanmır. Sport24.az xəbər verir ki, britaniyalı dünya çempionu “Red Bull” və “Ferrari”dən geri olduqlarını düşünür: “Hələ ki, boliddən istədiyimizi ala bilmirik. Düz yolda sürət yığmaqda problemlərimiz var. Hərçənd, keçən mövsüm də testlərdən sonra şokda idik. Amma sonradan xeyli inkişaf etdik".

Hemiltobub sözlərinə görə, bu il də vəziyyət ideal deyi: "İndiki vəziyyətdə “Red Bull” və “Ferrari” ilə rəqabət aparacaq gücdə deyilik. İstənilən halda, ötən illə müqayisədə daha yaxşı vəziyyətdəyik. Görək, yarış başlayan kimi bizi nə gözləyir. Nikbinliyimizi qorumalıyıq”.